Onlayn ictimai-siyasi qəzet
İstanbulda fəaliyyət göstərən erməni icma məktəblərində Ermənistan vətəndaşı olan uşaqların təhsil almasına məhdudiyyət qoyulacağı bildirilir.
Musavat.com xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin müfəttişləri erməni məktəblərində yoxlamalara başlayıb və məktəb rəhbərliklərindən Ermənistan vətəndaşı olan şagirdlərin qəbulunun dayandırılmasını tələb ediblər. Həmin uşaqlara təhsillərini Türkiyə məktəblərində davam etdirmək təklif olunur.
İndiyədək qüvvədə olan qaydalara əsasən, xarici ölkə vətəndaşlarının uşaqları milli azlıqlara məxsus məktəblərdə “qonaq şagird” statusunda təhsil ala bilirdilər. Ermənistan vətəndaşlarının uşaqları da İstanbulun erməni məktəblərində bu statusla oxuyurdular. Lakin onların məktəbi bitirdikdən sonra rəsmi diplom almaq hüququ yox idi.
Yeni tələbin tətbiqi bu praktikanın dayandırılması deməkdir. Türkiyədəki erməni icmasının nümayəndələri və hüquq müdafiəçiləri yeni qaydaların Ermənistan vətəndaşı olan uşaqların təhsil imkanlarına təsirindən narahat olduqlarını bildirirlər.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ