İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqlalımıızın 108 illiyi Kapadokiyada 108 hava şarıyla anıldı

Azərbaycan və Türkiyə arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərini və ortaq dəyərləri təcəssüm etdirmək məqsədilə Türkiyənin turizm məkanı olan Kapadokya səmasında “28 May-Müstəqillik Günü və 15 İyun – Milli Qurtuluş Günü” münasibətilə İsti Hava Şarlarının Uçuş Proqramı” təşkil olunub və eyni anda 108 şar havalandırılıb.

Bu barədə Musavat.com-a tədbir təşkilatçıları məlumat veriblər.

Bildirilir ki, Azərbaycan bayrağının Kapadokya səmasında dalğalandığı anlar bölgədəki yerli və xarici turistlər, eləcə də dəvətlilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Türkiyənin EkoAvrasiya Vəqfi və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin (TÜRKSİT) birgə təşkilatçılığı ilə həyata keçirilib.

be3f1033-29e8-4fc3-9dad-4b4cfa901b8a.jpeg (804 KB)

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR