Onlayn ictimai-siyasi qəzet
Ermənistanda "Ermənistan" blokunun parlament mandatlarının bölgüsü zamanı sabiq prezident Robert Köçəryanın deputat mandatını kimin əvəz edəcəyi məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə blokun deputatı Aqnessa Hamoyan Sputnik Armenia-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 9-cu çağırış Milli Məclisdə "Ermənistan" bloku 12 mandat əldə edib.
Mandatlar, Robert Köçəryan istisna olmaqla seçki siyahısındakı ardıcıllığa uyğun bölüşdürüləcək. Bu səbəbdən deputat mandatı siyahıda 13-cü yerdə olan, hazırda İrəvan Ağsaqqallar Şurasının üzvü olan Mesrop Manukyana veriləcək.
Musavat.com
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ