İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan Zelenskiyə ağır ittiham: "Konstitusiyaya tüpürüb"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi bütövlüyü və konstitusiya ilə bağlı arqumentlərinə kəskin reaksiya verib. Lavrov Zelenskini qanunlara ikili standartlarla yanaşmaqda və öz öhdəliklərinə məhəl qoymamaqda günahlandırıb.

Musavat.com xəbər verir ki, nazir Ukrayna liderinin konstitusiyanı bəhanə gətirməsini səmimi hesab etmir.

Lavrovun sözlərinə görə, Zelenskinin "ərazi məsələsini müzakirə edə bilmərəm, çünki konstitusiyada belə yazılıb" deməsi sadəcə bir manipulyasiyadır:

"Onun konstitusiyaya vecinə deyil. Əgər konstitusiyaya hörmət edirsə, o, rus dilinin məhv edilməsi və Kanonik Pravoslav Kilsəsinə qarşı qəbul olunmuş bütün  mağara qanunlarını ləğv etməyə borcludur".

Rusiya XİN rəhbəri iddia edib ki, Zelenski konstitusiyanın yalnız özünə sərf edən bəndlərini xatırlayır, lakin ölkədəki azlıqların və kilsənin hüquqlarını qoruyan maddələri bilərəkdən görməzdən gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR