İnsanlara hürriyət, millətlərə istiqlal!

London üçün təhlükəli xəbərdarlıq: Böyük Britaniya hücuma qarşı müdafiəsizdir

Böyük Britaniya müharibə vəziyyətində ölkəni tam şəkildə müdafiə etməyə hazır deyil.

Musavat.com xəbər verir ki, bu barədə İcmalar Palatasının müdafiə komitəsinin yeni hesabatında bildirilir. Komitə sədri Tan Desi vurğulayıb ki, ölkənin hərbi hücumdan qorunması üçün konkret müdafiə planı mövcud deyil.

"The Telegraph" yazır ki, hesabatda Britaniyanın həm öz təhlükəsizliyini, həm də NATO qarşısındakı öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklərlə üzləşdiyi göstərilir. Sənəddə bir sıra problemlər vurğulanır: ölkənin müdafiə planının olmaması, NATO öhdəliklərinin tam icra oluna bilməməsi, ABŞ-a həddən artıq hərbi və strateji asılılıq.

Hesabat müəlliflərinin fikrincə, hazırkı vəziyyət Avropada təhlükəsizlik risklərinin artdığı bir dövrdə London üçün ciddi xəbərdarlıqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR