Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən “göyərmiş barmaqlarla yapışmadığını” bəyan edib.
Musavat.com xəbər verir ki, Belarus liderinin sözlərini BelTA agentliyi yayıb.
“Hazırkı prezident, mənim tez-tez dediyim kimi, hakimiyyətdən göyərmiş barmaqlarla yapışmır”, - deyə Lukaşenko ölkənin Baş Prokurorluğu və İstintaq Komitəsinə yeni rəhbərlərin təyin edilməsi zamanı bildirib.
Dövlət başçısı mövcud dövlət quruluşuna qarşı “inqilabi mübarizə” cəhdlərinin yolverilməz olduğunu vurğulayıb və hakimiyyət dəyişikliyi üçün seçkilərin mövcud olduğunu deyib.
“İnqilabi mübarizə istiqamətində heç bir cəhd olmamalıdır. Bunun üçün seçkilər var. Seçkilərə getmək və bu məsələləri orada həll etmək lazımdır. Belarusda bunun üçün hər cür imkan var”, - deyə Lukaşenko qeyd edib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ