Onlayn ictimai-siyasi qəzet
Parisin prokuroru Lora Bekko bildirib ki, Luvrdan oğurlanan kral zinət əşyalarının dəyəri ən azı 88 milyon avro (təxminən 102 milyon dollar) təşkil edir.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 21-də Associated Press məlumat yayıb.
Prokurorun sözlərinə görə, bu məbləğ yalnız maddi dəyəri əhatə edir və əşyaların tarixi qiyməti hesablanmayıb. O qeyd edib ki, oğurlanan zinət əşyaları hissələrə bölünərək satıla bilər, lakin bu halda onların ümumi dəyəri 88 milyon avrodan çox aşağı olacaq.
“Ümid edirik ki, oğrular bu barədə düşünəcəklər və bu zinət əşyalarını düşüncəsizcə məhv etməyəcəklər,” – deyə Bekko vurğulayıb.
Hazırda itən qiymətli əşyaları və hadisədə şübhəli bilinən şəxsləri təxminən 100 istintaqçı axtarır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ