Onlayn ictimai-siyasi qəzet
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində yeni təyinat olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Mehman Nəsibov Agentliyin Rəqəmsal Həllər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, M.Nəsibov 2009-cu ildən Agentlikdə çalışır. O, bu illər ərzində baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləyib. M.Nəsibov ötən il Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib./iqtisadiyyat.az
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ