İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada Yeni il, Kurskda məhkəmə

Rusiyanın Kursk vilayətinin keçmiş deputatı Maksim Vasilyev büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə 5,5 il müddətinə azadlıqdan məhrum edilib. O, Meksikada Yeni ili qeyd edərkən çəkilmiş videosu ilə tanınmışdı.

Musavat.com xəbər verir ki, məhkəmə Kursk vilayətinin müdafiə qurğularının tikintisi üçün büdcədən ayrılmış 5 milyon rublun mənimsənilməsində Vasilyevi təqsirli bilib.

Keçmiş deputata həmçinin 800 min rubl məbləğində cərimə kəsilib. Daha əvvəl məhkəmə qərarı ilə Vasilyevdən və iş üzrə digər fiqurant - “SİEMİ” şirkətinin rəhbəri Vitali Sinkovskidən dövlətə vurulan zərər kimi qiymətləndirilən 152 milyon rubldan artıq vəsait müsadirə edilib. Sinkovski bundan əvvəl 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Cinayət işi sərhədlərin möhkəmləndirilməsi ilə məşğul olmalı olan “Kursk vilayətinin İnkişaf Korporasiyası” adlı podratçı şirkətin iddiası əsasında başlanıb. Məlumata görə, Vasilyev sonradan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov və onun müavini Aleksey Dedov əleyhinə ifadə verib.

Maksim Vasilyev Meksikada istirahət zamanı çəkdiyi video müraciətdən sonra deputat mandatını ititirb. Videoda o, dəniz kənarındakı kafedə oturaraq kokteyl içir, krevet yeyir və insanları 2023-cü ilin gəlişi münasibətilə təbrik edərək “çox pul və yaxşı əhval-ruhiyyə” arzulayırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR