Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış fiqurlu konkisürəni, olimpiya çempionu Yevgeni Plyuşenkonun 12 yaşlı oğlu Aleksandr (Gnom Gnomıç) səhnə çıxışı zamanı halı pisləşib və təcili yardımla xəstəxanaya aparılıb.
Musavat.com xəbər verir ki, hadisə Sankt-Peterburqda baş tutan buz şousu zamanı yaşanıb. Məlum olub ki, Aleksandr 39,5 dərəcə hərarət və ürəkbulanma vəziyyətində olmasına baxmayaraq, valideynlərinin təkidi ilə səhnəyə çıxıb.
“Atası Yevgeni Plyuşenko bildirib ki, oğlu gecə boyu yüksək hərarətdən əziyyət çəkib, lakin çıxışdan imtina etmək istəməyiblər:
“Sanya bütün gecə temperaturla idi, vəziyyəti çox pis idi. Amma çıxış etməli idi. Biz onu dərmanlarla ayaqda saxladıq, o da buz üzərində çıxış etdi, əsl qəhrəmandır.”
O, həmçinin həyat yoldaşı Yana Rudkovskayanın sözlərini sitat gətirib:
“Bəs dünya çempionatı zamanı belə vəziyyət olsa? Çıxmamaq olmaz, variant yoxdur.”
Hadisə Rusiya ictimaiyyətində böyük rezonans doğurub — sosial şəbəkələrdə azyaşlının səhhətinə zərbə bahasına “şou naminə” buz üzərinə çıxarılmasına kəskin etirazlar bildirilib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ