İnsanlara hürriyət, millətlərə istiqlal!

Michaela “İnci” oldu – Qurandan təsirlənərək İslamı seçdi

Musavat.com xəbər verir ki, Türkiyənin Gaziantep şəhərində yaşayan alman əsilli Michaela Ingrid Şaythauer Qurani-Kərim kursunda iştirak etdikdən sonra rəsmi şəkildə İslam dinini qəbul edib.

49 yaşlı Michaela altı il əvvəl Türkiyəyə köçərək Şahinbəy rayonunun Burç məhəlləsində məskunlaşıb.

Əvvəlcə savad kursunda iştirak edən Michaela daha sonra qadınlara xüsusi təşkil olunan Qurani-Kərim dərslərinə qatılıb. Onu ən çox təsirləndirən isə həm Qurani-Kərimin məzmunu, həm də dərslərdə tanıdığı müsəlman qadınların davranışları olub. Araşdırmaları və kurs rəhbərləri ilə söhbətlərdən sonra o, İslamı qəbul etmək qərarına gəlib.

Şahinbəy rayonunda onun üçün xüsusi ihtida mərasimi təşkil edilib. Mərasimdə dini icma üzvləri və kurs yoldaşları iştirak ediblər. Michaela rəsmi şəkildə şəhadət gətirərək “İnci” adını qəbul edib.

Tədbirdə ona İslamın əsas prinsipləri barədə məlumat verilib və dini qurumlar tərəfindən mənəvi dəstək göstərilib. İslamı qəbul etdikdən sonra özünü daha rahat və daxili olaraq aydın hiss etdiyini bildirən İnci yeni həyatına böyük sevinc və ümidlə başladığını deyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR