Onlayn ictimai-siyasi qəzet
İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Benyamin Netanyahunun son açıqlamasına sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, Lapid Netanyahunun ordunun uğurları ilə öyünərək öz uğursuzluğunu gizlətməyə çalışdığını bildirib.
O qeyd edib ki, Netanyahu müharibə ilə bağlı müəyyən etdiyi hədəflərin heç birinə nail ola bilməyib və bu proses hərbi uğurdan çox siyasi fəlakətə çevrilib.
Lapid vurğulayıb ki, İsrail xalqı təhlükəsizlik qüvvələrini dəstəkləyir, lakin ölkənin sığınacaqlarda olan vətəndaşlarının pulunu mənimsəyən deyil, müharibələri qazanmağı bacaran rəhbərliyə ehtiyac var.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ