İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan dünyaya meydan oxuyan bəyanat-İsrail artıq böyük fövqəldövlətdir

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin beynəlxalq müstəvidəki mövqeyi və hərbi-siyasi gücü ilə bağlı iddialı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Netanyahu İsrailin artıq regional güc çərçivəsindən çıxaraq böyük bir dünya fövqəldövlətinə çevrilmək yolunda olduğunu bəyan edib. Baş nazir öz çıxışında maraqlı bir müqayisəyə də yer ayırıb.

O, Rusiyada yaşamış bir mütəfəkkirin fikirlərinə istinad edərək deyib: "Bir mütəfəkkirin dediyi kimi – düzdür, o, Rusiyadandır – İsrail dövləti kiçik bir fövqəldövlətdir, amma bəli, o, fövqəldövlətdir".

Netanyahu vurğulayıb ki, İsrailin son dövrlərdə nümayiş etdirdiyi hərbi uğurlar, texnoloji üstünlük və strateji qərarlar ölkəni qlobal güclərin sırasına daxil edib. Onun sözlərinə görə, İsrail artıq yalnız öz təhlükəsizliyini təmin etmir, həm də dünya siyasətinin formalaşmasında həlledici rol oynayır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR