İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan siyasət siyahısını təmizləyir

“Sadəcə olaraq seçki siyahısına daxil olmaq istəmədim”.

Musavat.com xəbər verir ki, bunu yerli jurnalistlərlə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı, Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı Qraçya Akopyan bildirib.

O əlavə edib ki, bu məsələni Ermənistanın baş naziri ilə müzakirə edib.

“O, buna tam normal reaksiya verdi. Heç bir səbəb yoxdur, sadəcə aktiv siyasətdə fasilə götürəcəyəm. Siyasətdən getmirəm, partiyanın üzvü olaraq qalacağam. Nə ilə məşğul olacağımı bilmirəm, hələ qərara gəlməmişəm”, - Akopyan qeyd edib.

Deputat həmçinin onu da vurğulayıb ki, hansısa ölkəyə səfir göndərilməsi ilə bağlı heç vaxt müzakirə aparılmayıb.

“Gələcək fəaliyyətimlə bağlı ümumiyyətlə heç bir danışıq olmayıb”, - deyə Akopyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR