İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı siyahıdan kənarda qaldı

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası hakimiyyətə gəldikdən sonra ilk dəfə növbəti parlament seçkilərinə hazırlaşır.

Musavat.com-un xəbərinə görə, 2021-ci il seçkilərinin növbədənkənar keçirildiyini xatırladan partiyadan deputat Ayk Sarkisyan bildirib ki, həmin vaxt siyahı tələsik hazırlanıb, kimin hansı sırada yer alacağına birbaşa Partiya İdarə Heyəti qərar verib.

Bu dəfə isə proses fərqli olacaq. Sarkisyan bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, İdarə Heyəti onun namizədliyini rədd edib.

“Qərardan şikayət edəcəyəm. Bunu həm də baş nazir və ideya silahdaşım Nikol Paşinyan üçün edirəm”, - deyə erməni deputat əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR