İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Putin və Uitkoff arasında növbəti görüşün tarixini açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

"Report"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, dəqiq tarix Kreml tərəfindən açıqlanacaq.

Xatırladaq ki, Putin və Uitkoff arasında görüşü ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də, çərşənbə axşamı elan etmişdi.

"Sülh planı üzərində işin başa çatacağına ümidlə xüsusi elçim Stiv Uitkoffa Moskvada prezident Putinlə görüşməyi tapşırdım. Eyni zamanda, ABŞ-nin ordu naziri Den Driskoll Ukrayna tərəfi ilə görüşəcək", – deyə Ağ Evin rəhbəri "Truth Social"da yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR