İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Avropa Siyasi Birliyinin iclasında iştirak etməyəcək

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycanın müxtəlif səviyyələrdə təmsil olunması nəzərdə tutulmur.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, İlham Əliyevin sıx iş qrafikində may ayında Ermənistana səfər nəzərdə tutulmayıb.

“Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”, – deyə XİN başçısı qeyd edib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR