İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulumu verin! – Trampın tətbiq etdiyi rüsumların geri qaytarılmasını tələb edirlər

ABŞ-nin iri logistika şirkətlərindən olan “FedEx” hökumətə qarşı iddia qaldıraraq prezident Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının geri qaytarılmasını tələb edib.

Musavat.com xəbər verir ki, “FedEx” ABŞ-nin Beynəlxalq Ticarət Məhkəməsinə müraciət edərək Trampın aprel ayında Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) əsaslanaraq tətbiq etdiyi rüsumların tam şəkildə geri ödənilməsini istəyir.

Şirkət ABŞ-yə ödədiyi bütün rüsumların “tam həcmdə geri qaytarılmasını” tələb edir. “FedEx” açıqlamasında bildirib ki, tənzimləmə dəyişiklikləri fonunda müştərilərin maraqlarının qorunması prioritet olaraq qalır.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi prezidentin IEEPA qanunu çərçivəsində rüsum tətbiq etmək səlahiyyətinin yetərli olmadığını tanıyıb və Trampın qanunu pozduğuna qərar verib. Bununla belə, məhkəmə rüsumlardan əldə olunan gəlirlərin geri qaytarılıb-qaytarılmaması məsələsinə baxmayıb.

Tramp qərarı “biabırçılıq” adlandıraraq bildirib ki, Ali Məhkəmə “xarici maraqların təsiri altında” olub. ABŞ-nin maliyyə naziri Skott Bessent isə məhkəmə qərarından sonra yaxın vaxtlarda vəsaitlərin geri qaytarılmasının real görünmədiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR