İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin iqamətgahında gizli qonaq: Müctəba Xamenei barədə iddia gündəmi silkələdi

Küveytin Al-Jarida qəzeti İran rəhbərliyinə yaxın mənbəyə istinadən sensasion iddia yayıb.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, İranın yeni ali dini lideri Müctəba Xamenei fevralın 28-də Tehrana endirilən zərbələr zamanı yaralanıb və bundan sonra gizli şəkildə Rusiyaya aparılıb.

Məlumata görə, Müctəba Xamenei Rusiya hərbi təyyarəsi ilə Moskvaya evakuasiya edilib. Bildirilir ki, paytaxtda ona təcili cərrahi əməliyyat keçirilib və hazırda o, Rusiya prezidenti Vladimir Putinə məxsus iqamətgahlardan birində müalicə alır.

Qəzet yazır ki, yaralanma Tehranda baş verən hücumların ilk günündə baş verib. Lakin bu iddialar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və İran tərəfi məsələ ilə bağlı açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR