Onlayn ictimai-siyasi qəzet
Son həftələr Çeçenistanda diqqət çəkən bir detal ictimai müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, müxalif mövqeli çeçen Telegram kanallarının iddiasına görə, Adam Kadırov artıq üçüncü ardıcıl cümə namazında atası, Çeçenistan rəhbəri Ramzan Kadırov ilə birlikdə görünməyib.
Mənbə bildirir ki, “üçüncü cümə namazıdır Adam Kadırov yoxdur, gənc sanki yoxa çıxıb, gözləyək görək, xəstəxanadan çıxış barədə məlumat veriləcəkmi”. Paylaşımlarda konkret səbəblər göstərilmir və məsələ “izahsız yoxluq” kimi təqdim olunur.
Qeyd edək ki, məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Çeçenistan rəhbərliyi və ya Ramzan Kadırovun mətbuat xidməti mövzu ilə bağlı hələlik açıqlama yaymayıb. Bölgədəki rəsmi mediada da Adam Kadırovun son günlərdəki fəaliyyətinə dair açıq informasiya yoxdur.
Xatırladaq ki, Adəm Kadırov son aylarda ictimai tədbirlərdə və rəsmi görüntülərdə atasının yanında mütəmadi görünürdü. Bu səbəbdən onun ardıcıl üç cümə namazında iştirak etməməsi sosial şəbəkələrdə müxtəlif ehtimalların irəli sürülməsinə yol açıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ