Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya siyasi təşkilatı “İnkişaf Partiyası”nın (Партия роста) fəaliyyətinə xitam verilməsi barədə qərar çıxarıb.
Qərarın əsas səbəbi partiyanın ölkə qanunvericiliyinin tələblərini yerinə yetirməməsidir.
Ədliyyə Nazirliyinin məhkəməyə təqdim etdiyi materiallarda qeyd olunub ki, Rusiya qanunvericiliyinə görə siyasi partiyalar ölkənin subyektlərinin ən azı yarısında regional təşkilata sahib olmalıdır. Lakin iddia təqdim olunan gün məlum olub ki, “İnkişaf Partiyası”nın cəmi 43 regionda şöbəsi var — bu isə tələb olunan minimum göstəricini qarşılamır.
Məhkəmə iclası zamanı partiyanın nümayəndələri iradları qəbul edərək pozuntuların mövcudluğunu təsdiqləyiblər.
Bütün bunların nəticəsində Ali Məhkəmə “İnkişaf Partiyası”nın tam şəkildə ləğv edilməsi barədə qərar verib.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ