İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bazarında Çin avtomobillərinə zərbə: yeni rüsum ixracı çökdürdü

Noyabr ayında Çindən Rusiyaya minik avtomobillərinin tədarükü demək olar ki, dörddəbir azalıb. Musavat.com xəbər verir ki, ixrac əvvəlki ayla müqayisədə 23,7% enərək 1 milyard dollar səviyyəsinə düşüb. Eyni tendensiya yük avtomobillərinin idxalında da müşahidə olunub.

Bununla belə, paradoksal olaraq, avtomobil ehtiyat hissələri və aksesuarlarının ixracında artım qeydə alınıb. Ekspertlər bu ziddiyyətli mənzərəni Rusiyada utilizasiya rüsumunun hesablanma qaydasının sərtləşdirilməsi ilə izah edirlər.

Qeyd olunur ki, 1 dekabrdan qüvvəyə minən yeni qaydalara əsasən, utilizasiya rüsumu artıq əsasən mühərrikin at gücünə bağlanır və tətbiq olunan əmsallar proqressiv şəkildə artır. Nəticədə, xüsusilə güclü mühərrikə malik Çin avtomobillərinin Rusiyaya idxalı kəskin bahalaşıb və bu da tədarük həcmlərinə birbaşa zərbə vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR