İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya silah daşıdığı bildirilən üç gəmiyə zərbə endirilib

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara dənizdə və Odessa vilayətinin yaxınlığında üç yük gəmisinin vurulduğunu açıqlayıb.

Nazirliyin məlumatına görə, “Geran-2 Siker” və “Gerbera Siker” tipli üç zərbə PUA-sı ilə Odessanın cənubunda Qara dənizdə yerləşən iki quru yük gəmisinə hücum həyata keçirilib.

Bundan əlavə, Moskva vaxtı ilə saat 10:50-də Çornomorsk limanının reydində dayanan yük gəmisinə “Lancet” tipli döyüş sursatı ilə zərbə endirildiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi vurulan hədəflərin silah daşınmasında iştirak etdiyini iddia edib və “obyektiv nəzarət vasitələrinin zərbələrin nəticələrini təsdiqlədiyini” açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR