İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada rekord dələduzluq: Novosibirsk sakini bir ildə 73 qəza törədib, 22 milyon rubl alıb

Rusiyanın Novosibirsk vilayətində yaşayan bir şəxs sığorta ödənişləri üzrə rekord göstərici ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, həmin şəxs bir il ərzində 73 yol-nəqliyyat hadisəsinə düşərək sığorta şirkətlərindən ümumilikdə 22 milyon rubl məbləğində ödəniş əldə edib.

Məlumatda bildirilir ki, bu fakt sığorta şirkətlərində ciddi şübhələr yaradıb və məsələ araşdırma predmetinə çevrilib. Qeyd olunur ki, bu, təkcə bir nəfərlə məhdudlaşan hal deyil.

Rusiya Mərkəzi Bankının və Rusiya Avtosığortaçılar İttifaqının (RSA) məlumatına görə, Novosibirsk vilayəti yenidən ölkə üzrə sığorta dələduzluğunun səviyyəsinə görə “ilk sıralar”a düşüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR