İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar xarici istirahətə rekord məbləğ xərclədilər – 11 ilin maksimumu

2026-cı ilin ilk altı ayında Rusiya vətəndaşlarının xarici ölkələrdə səyahət və istirahət xərcləri 23,3 milyard dollara çatıb. Bu, son 11 ilin ən yüksək göstəricisidir və 2014-cü ilin ilk yarısındakı 23,9 milyard dollarlıq səviyyəyə yaxınlaşıb.

Musavat.com xəbər verir ki, Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, xarici səfərlərlə bağlı xidmət idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artıb.

Lakin ekspertlər bildirirlər ki, rekord məbləğ rusiyalıların kütləvi şəkildə daha çox xaricə getməsi ilə deyil, ilk növbədə səyahətlərin bahalaşmasıyla əlaqədardır.

Fars körfəzi ətrafındakı hərbi əməliyyatlar və qeyri-sabitlik səbəbindən bir çox turist tranzit reyslərindən imtina edərək Asiya ölkələrinə birbaşa uçuşlara keçib. Belə reyslərin isə daha baha başa gəldiyi bildirilir. Turların tarixlərinin dəyişdirilməsi və Çinlə vizasız rejimin tətbiqindən sonra bu ölkə üzərindən tranzit axınının artması da orta səyahət xərcini yüksəldib.

Eyni zamanda xarici səfərlərin faktiki sayı xərclərlə müqayisədə xeyli az – 8,7 faiz artaraq 9,5 milyona çatıb. Artım əsasən Çin, Vyetnam və Misir istiqamətlərinin hesabına baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR