İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH daha bir neft tankeri ələ keçirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında “qaçaq yanacaq” daşıyan tankerin ələ keçirildiyini bildirib. 

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir  ki, gəmi Esvatini (keçmiş Svazilend) bayrağı altında üzüb .

"Əməliyyatdan sonra 350 min litr qaçaqmal yanacaq daşıyan gəmi Buşəhr limanına göndərilib. Göyərtəsində 13 ekipaj üzvü - Hindistan və İranın qonşu ölkələrindən biri vətəndaşları olub", - məlumatda deyilir.

Noyabrın 14-də İran İnqilabı Keşikçiləri Korpusu BƏƏ-dən Sinqapura gedən Marşal adaları bayraqlı neft tankerini ələ keçirib. İran icazəsiz yük daşıdığını iddia edib. Tanker və ekipajı bir neçə gün sonra sərbəst buraxılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR