İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sevdam Karadeniz”də "Mahmut Yeniceli" obrazı bəlli oldu

NOW kanalının yeni layihəsi “Sevdam Karadeniz” serialında daha bir aktyor heyətə daxil olub.

Serialda "Mahmut Yeniceli" obrazını tanınmış aktyor Mustafa Kırantepe canlandıracaq.

Aytaç Çiçəyin rejissorluğu ilə ekranlara gələcək serialın oxu məşqi sabah keçiriləcək. Layihənin baş rollarında Erdem Adilce və Damlasu İkizoğlu yer alır. Erdem Adilce serialda Kuzey Alazlı, Damlasu İkizoğlu isə Zeyşan Yeniceli obrazlarına həyat verəcək.

Özge Korkmaz və Yeşim Gülayın qələmə aldığı “Sevdam Karadeniz” serialının çəkilişləri Trabzonun Maçka bölgəsində aparılacaq.

Mustafa Kırantepe serialda Durali Yenicelinin oğlu və Zeyşan Yenicelinin əmisi Mahmut Yeniceli obrazı ilə tamaşaçı qarşısına çıxacaq.

25 aktyorun rol alacağı geniş heyətli layihədə nəsildən-nəslə ötürülən sevgi hekayələri həm dramatik, həm də əyləncəli üslubda təqdim ediləcək.

Serialın prodüserliyini Mia Yapım şirkətinin rəhbəri Banu Akdeniz həyata keçirir.//Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR