İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet dövrünün yolka oyuncaqları təhlükə saçır - FOTO

Musavat.com xəbər verir ki, 1920–1930-cu illərdə SSRİ-də istehsal olunmuş bəzi yolka oyuncaqları bu gün gözlənilməz risk mənbəyi kimi gündəmə gəlib. Mütəxəssislərin sözlərinə görə, həmin dövrdə hazırlanmış bəzək əşyalarının bir qismi alfa şüalanması yayan radioizotoplar və fosforlu boyalarla rənglənib. Bu boyaların tərkibində az miqdarda radioaktiv maddələrin olması ehtimal edilir.

Alimlər yalnız sonrakı illərdə bu maddələrin insan sağlamlığı üçün zərərli olduğunu sübut edə biliblər. Təhlükənin əsas məqamı ondan ibarətdir ki, köhnə boyanın mikroskopik hissəcikləri zamanla aşınaraq havaya qarışa və nəfəs yolu ilə orqanizmə daxil ola bilər.

Bildirilir ki, oyuncaqlar qapalı qutularda saxlanıldıqda risk xeyli azalır. Buna baxmayaraq, mütəxəssislər SSRİ dövründən qalma vintaj yolka oyuncaqlarının dozimetrlə yoxlanılmasını tövsiyə edirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR