İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyaya yardım dayansa, vətəndaş müharibəsi qaçılmaz olacaq – Rubio

Suriyaya xarici yardımın dayandırılması onu tam vətəndaş müharibəsinə sürükləmək və ölkənin nəzarətsiz əraziyə çevrilməsi təhlükəsi yaradır.

Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu noyabrın 12-də Kanadanın Ontario şəhərində keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərə verdiyi açıqlamada deyib: "Biz onların (suriyalıların – red.) uğur qazanması üçün hər cür fürsət yaratmaq istəyirik. Əks halda, Suriyanın tam vətəndaş müharibəsinə düşəcəyini və nəzarətsiz əraziyə çevriləcəyini görəcəksiniz”.

Onun sözlərinə görə, belə bir inkişaf "tamamilə yeni bir müharibə" təhlükəsi yaradır. Rubio əlavə edib ki, Suriya rəhbərliyi "çox çətin vəzifələrlə" üzləşir və "heç kim onlara nail olmaqda uğura zəmanət verə bilməz". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR