Onlayn ictimai-siyasi qəzet
Tayland hakimiyyəti Kamboca ilə sərhəd boyunca komendant saatı tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar sərhəd toqquşmalarının genişlənməsi fonunda qəbul olunub.
Agentliyin məlumatına görə, döyüş əməliyyatları mübahisəli sərhəd bölgəsinin sahilyanı ərazilərinə qədər yayılıb. Artan gərginlik təhlükəsizlik risklərini yüksəltdiyindən, Tayland tərəfi mülki əhalinin hərəkətini məhdudlaşdırmaq və vəziyyəti nəzarət altına almaq məqsədilə bu addımı atıb.
Hazırda sərhəd bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib, ordu və polis qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Tərəflər arasında qarşıdurmanın nə qədər davam edəcəyi isə hələlik məlum deyil.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ