İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan "Axios"un 60 günlük atəşkəs xəbərinə SƏRT REAKSİYA

İranın "Mehr" agentliyinin məlumatlı mənbəsi Amerikanın "Axios" nəşrinin İran ilə ABŞ arasında təklif olunan sazişin məzmununa dair yaydığı xəbəri təkzib edib və bunun yalnız ABŞ-nin mövqeyini əks etdirdiyini bildirib.

Musavat.com xəbər verir ki, mənbə "Mehr" agentliyinə açıqlamasında iddiaların sırf Amerika tərəfinin baxış bucağı olduğunu və İran tərəfindən təsdiqlənə bilməyəcəyini vurğulayıb.

"Axios" nəşri daha əvvəl yaydığı məlumatda qeyd edib ki, təklif olunan saziş tərəflər arasında atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını, Hörmüz boğazının tranzit rüsumu alınmadan yenidən fəaliyyətə başlamasını və İranın boğazdakı dəniz minalarını təmizləməsini nəzərdə tutur.

Tehrandakı mənbə mətbuata sızdırılan bu təfərrüatları rədd edərək, onların heç bir şəkildə İranın rəsmi mövqeyini əks etdirmədiyini diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR