İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Konqresdəki respublikaçılara çağırış etdi: Bu sənədlərin açıqlanmasına səs verin

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Konqresin hər iki palatasına nəzarət edən partiya yoldaşları pedofiliyada ittiham olunmuş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialların dərc olunmasına səs verməlidirlər.

Musavat.com xəbər verir ki, Tramp bu barədə TruthSocial paylaşımı edərək "gizlədəcək bir şeyinin olmadığını" vurğulayıb, Nümayəndələr Palatasının Respublikaçılarını Epşteyn işi ilə bağlı materialların dərc olunması üçün səs verməyə çağırıb. Eyni zamanda Amerika lideri yenidən Demokrat siyasi rəqiblərini "diqqəti Respublikaçıların uğurundan yayındırmaq" üçün Epşteyn işini qəsdən təbliğ etməkdə günahlandırıb.

Trampın sözlərinə görə, Demokrat Partiyasının Epşteyn işi ilə bağlı onun haqqında "hər hansı" zərərli məlumatı olsaydı, prezident seçkilərində "qələbəsindən əvvəl" bunu dərc edərdilər. Bundan əvvəl Ədliyyə Nazirliyinə Epşteynin keçmiş ABŞ prezidenti Bill Klinton (1993-2001) də daxil olmaqla, tanınmış Demokratlarla əlaqələrini araşdırmağı əmr edən Tramp qeyd etdi ki, Epşteynin işi onun partiya yoldaşları üçün deyil, "Demokratlar üçün lənət olacaq".

Xatırladaq ki, ötən həftə Demokratlar Epşteynin bir neçə tanışı və tərəfdaşı ilə elektron poçt yazışmalarının bir hissəsini yayımlayıblar. Bu yazışma, digər şeylərlə yanaşı, Trampın Epşteynin cinayətlərindən xəbərdar ola biləcəyi ehtimalını irəli sürdü. Ağ Ev Demokratların hərəkətlərini prezidenti ləkələmək cəhdi kimi xarakterizə edib. Tramp Demokrat Partiyasının hərəkətlərini vətəndaşların diqqətini Vaşinqtondakı son büdcə böhranının mənfi nəticələrindən yayındırmaq cəhdi kimi qiymətləndirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR