İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Sidneydəki terror aktını dəhşətli hadisə adlandırıb

ABŞ Prezidenti Donald Tramp Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib.

"Report" xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki hücumunu dəhşətli hadisə adlandırıb, eyni zamanda atıcının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib.

"Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi", - Tramp deyib.

O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub. "Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu", - ABŞ Prezidenti deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2026

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR