İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Ukrayna ilə bağlı ŞOK AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp Ukraynanın müəyyən ərazilərinin yaxın aylarda Rusiyanın nəzarətinə keçə biləcəyini istisna etmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Tramp Avropa tərəfdaşları ilə Kiyev üçün təhlükəsizlik təminatları mövzusunun müzakirə olunduğunu da qeyd edib.

O xatırladıb ki, daha əvvəl Müqəddəs Şükranlıq Gününü Ukraynanın sülh razılaşmasına razılıq verə biləcəyi tarix kimi göstərmişdi, lakin həmin bəyanatından geri çəkilərək əsas məqsədinin mümkün qədər tez razılaşmaya nail olmaq olduğunu deyib.

“Mənim üçün müddət müharibənin bitdiyi andır”, - deyə Donald Tramp əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR