İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün şərt açıqladı

Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdırmağa hazır olacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Fidan qeyd edib ki, Türkiyə bu mövqeyini əvvəldən açıq şəkildə bəyan edib və Ermənistanla siyasəti hər zaman regiondakı real proseslərə əsaslanıb.

Nazir vurğulayıb ki, Ankara Bakı–İrəvan sülh prosesini dəstəkləyir və anlaşmanın imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacağını düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR