Onlayn ictimai-siyasi qəzet
Türkiyə bölgədə “təhlükəsizlik və sabitliyi” təmin etmək üçün atəşkəs elan edildikdən sonra Ukraynaya qoşun göndərməyi istisna etmir.
Musavat.com xəbər verir ki, bu barədə “TRT World” Türkiyə Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Nazirlik vurğulayıb ki, ilk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın mandatı və hər bir ölkənin iştirak səviyyəsi müəyyənləşəcək.
“Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ