Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələrin olduğu avtobus toqquşub.
Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma başladılıb.
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ