İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya göndərib qırdırdı, Pxenyanda adlarına küçə açdı

Kim Çen In KXDR-in paytaxtında Ukraynaya qarşı döyüşlərdə həlak olan əsgərlərin ailələri üçün yaşayış binalarının yerləşdiyi bir küçə açıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Pxenyanda keçirilən mərasim zamanı yeni küçəyə "Yeni Ulduz" mənasını verən Saebel adı verilib. Bu, Rusiya-Ukrayna müharibəsində həlak olan Şimali Koreya əsgərlərinin ailə üzvləri üçün nəzərdə tutulmuş yaşayış binaları kompleksidir.

Rəsmi açıqlamada Rusiya-Ukrayna müharibəsi "xarici hərbi əməliyyat" adlandırılıb. Agentlik vurğulayıb ki, memarlıq nümunəsi dizaynı estetika, rahatlıq və praktikliyi özündə birləşdirir və həlak olan qəhrəmanlara və onların ailələrinə hörmət nümayiş etdirir.

Rus dilində dərc olunmuş mətbuat açıqlamasına görə, bütün iştirakçılar qan bağları hissi ilə müharibə qəhrəmanlarını və həlak olan əsgərlərin ailələrini şöhrət kürsüsünə qaldıran və nəcib sevgi və mənəvi borcun yeni bir tarixini açan böyük atanı coşğun sevinclə qarşılayıblar.

Mərasimin rəsmi hissəsindən sonra KXDR lideri həlak olan əsgərlərin yeni binalarda mənzil veriləsi qohumları ilə görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR