İnsanlara hürriyət, millətlərə istiqlal!

Umerov Trampın sülh planına görə İsveçrəyə GETDİ - VİDEO

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə gedib.

Musavat.com xəbər verir ki, nümayəndə heyəti orada Trampın sülh planı ilə bağlı amerikalılar və avropalılarla danışıqlar aparacaqlar.

"CNN"in məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi sülh planını müzakirə etmək üçün noyabrın 23-də Cenevrədə keçiriləcək danışıqlarda iştirak edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp son açıqlamasında bəyan edib ki, Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə irəli sürdüyü plan yekun təklif deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR