İnsanlara hürriyət, millətlərə istiqlal!

Umerovdan mesaj: Əbu-Dabi danışıqlarından ilkin nəticələr...

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Əbu-Dabidə planlaşdırılan danışıqların mərhələləri və gündəliyi ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Umerovun sözlərinə görə, danışıqların ilk mərhələsi ABŞ nümayəndələri Witkoff və Kuşner ilə görüşlə başlayacaq və əsas müzakirə mövzusu təhlükəsizlik zəmanətləri olacaq.

Bundan sonra üçtərəfli formatda görüşün keçirilməsi planlaşdırılır. Bu mərhələdə Rusiya nümayəndələrinin də iştirakı nəzərdə tutulur və onların hərbi-siyasi məsələləri müzakirə etmək üçün rəsmi mandatla təmsil olunacağı bildirilir.

ŞMN katibi qeyd edib ki, paralel şəkildə Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı Avropa və ABŞ-nin iştirakı ilə hazırlanan paket üzərində iş davam edir. Sənəd artıq yekun mərhələyə çatıb və yaxın vaxtlarda imzalana bilər.

Umerov həmçinin vurğulayıb ki, əsir mübadiləsi üzrə danışıqlar fasiləsiz aparılır:

“Bu, 2022-ci ildən bəri davam edən daimi prosesdir və yaxın zamanda müəyyən nəticələr barədə məlumat veriləcək”.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR