İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilnüs aeroportu yenidən bağlandı — havada naməlum şarlar göründü

Musavat.com xəbər verir ki, Vilnüs hava limanı göy üzündə naməlum hava şarlarının görünməsi səbəbindən yenidən fəaliyyətini dayandırıb.

Bu barədə məlumatı aeroportun dispetçer xidməti TASS-a təsdiqləyib. Hazırda hava məkanında vəziyyət araşdırılır və uçuşlara məhdudiyyət tətbiq olunub.

Qeyd edək ki, aeroportun 22 oktyabrdan bəri dəfələrlə bağlanması ümumilikdə 150 reysə və 15 min sərnişinə təsir edib. Hava limanı artıq ardıcıl üç gecə meteozondların görünməsi səbəbindən bağlanıb.

Litva hakimiyyəti bu cihazların Belarusdan qaçaqmal siqaretlərin ölkəyə ötürülməsi üçün istifadə olunduğunu iddia edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR