İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zirə” rəqibini darmadağın etdi

Bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirən “Zirə” futbol klubu inamlı qələbə qazanıb.

Musavat.com-un məlumatına görə, Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliya Arena”da oyuna çıxan Rəşad Sadıqovun yetirmələri “Torpedo”-nun qapısından 3 cavabsız qol keçiriblər.

Qeyd edək ki, “Zirə” “Torpedo”nu öz meydanında da 3 - 0 hesabı ilə məğlub etmişdi.
“Zirə” növbəti mərhələdə Estoniyanın “Payde” klubu ilə üz-üzə gələcək.

Baş hakim Mihali Kaprayın idarə etdiyi qarşılaşmada qolları 25-ci dəqiqədə Eren Aydın, 39 və 70-ci dəqiqələrdə Amin Seydiyev vurub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR