İnsanlara hürriyət, millətlərə istiqlal!

1944-cü ildən Dunayda gizlənirdilər – 200-ə yaxın alman hərbi gəmisi aşkarlandı-Fotolar

Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi İkinci Dünya müharibəsindən qalan alman hərbi gəmilərini üzə çıxarıb.

Musavat.com xəbər verir ki, Serbiyanın Prahovo bölgəsində görünən gəmilər 1944-cü ildə geri çəkilən alman qüvvələri tərəfindən Qırmızı Ordunun əlinə keçməməsi üçün batırılıb.

Məlumata görə, bu ərazidə Dunayın dibində təxminən 200 hərbi gəmi, barja və yedək gəmisinin qalıqları ola bilər.

Onilliklərdir çayın dibində qalan bu gəmilərin qalıqları hazırda gəmiçiliyə maneə yaradır. Bundan əlavə, bəzi gəmilərin içərisində hələ də döyüş sursatlarının qala biləcəyi bildirilir.

Serbiya Avropa İttifaqının dəstəyi ilə batmış gəmilərin sudan çıxarılması və Dunay çayının bu təhlükəli qalıqlardan təmizlənməsi işlərinə başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR