Onlayn ictimai-siyasi qəzet
Müğənni Abdul Xalid televiziya efirində duyğusal anlar yaşayıb.
Sənətçiyə mərhum atasının süni intellekt vasitəsilə hazırlanmış görüntü və səs yazısı təqdim olunub.
Gözlənilməz sürpriz qarşısında kövrələn ifaçı atasının ekranda canlandırılan görüntüsünü izləyərkən göz yaşlarını saxlaya bilməyib. Studiyada emosional anlar yaşanıb.
Abdul Xalid hisslərini belə ifadə edib:
"Övlad tapmaq olar, amma ata-ananı tapmaq mümkün deyil...". Onun bu sözləri həm aparıcını, həm də tamaşaçıları təsirləndirib.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər arasında geniş müzakirələrə səbəb olub./Milli.az/
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ