İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu İran raketlərini seçərək vurub- SƏBƏB

ABŞ ordusu hava hücumundan müdafiə sursatlarının azalması fonunda İran raketlərini və dronlarını seçici şəkildə vurmağa başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "NBC News" ABŞ administrasiyası rəsmilərinə istinadən yayıb. Bildirilir ki, hərbi komandirlər düşmən raketinin və ya dronunun ABŞ qüvvələrinə zərbə endirməyəcəyini, ABŞ-ın əsas obyektlərinə zərər verməyəcəyini və ya Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərini təhdid etməyəcəyini müəyyənləşdirə bildikdə onları vurmurlar. Eyni zamanda ABŞ hərbçiləri olmayan ərazilərə düşməyəcək hədəflər də vurulmayıb.

Mənbələr bu cür mühafizənin ABŞ hərbi qulluqçularının və mülki şəxslərin ölümünə və ya yaralanmasına səbəb olub-olmadığından əmin deyillər. Onlar belə bir yanaşmanın təhlükə ilə dolu olduğunu etiraf edirlər.

Xatırladaq ki, bundan əvvəl The New York Times mənbələrə istinadən ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki digər hava hücumundan müdafiə sistemləri üçün Patriot tutucu raketləri və sursatlarının ABŞ arsenalının daha da tükənməməsi üçün İrana qarşı artan hərbi əməliyyatları təxirə salmaq qərarına gəldiyinə dair məlumat yayıb. Qeyd edilir ki, 24 iyulda keçirilən iclasda Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn komandanlığın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa edə biləcəyi barədə xəbərdarlıq edib, lakin qeyd edib ki, bu, hava hücumundan müdafiə ehtiyatlarını təhlükəli dərəcədə azalda bilər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR