Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Venesuelaya məxsus neftin dünya bazarında satışına başlayıb. Satışdan əldə edilən vəsaitlər isə birbaşa ABŞ nəzarətində saxlanılacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Venesuela Energetika Nazirliyinin yaydığı məlumata görə, neft satışından əldə olunan gəlirlər Amerika banklarında yerləşən xüsusi hesablarda toplanacaq. Həmin vəsaitlərin xərclənməsi yalnız ABŞ hökumətinin qərarı ilə həyata keçiriləcək.
Açıqlamada qeyd olunur ki, bu pullar “Amerika və Venesuela xalqlarının maraqları naminə” istifadə ediləcək. Lakin vəsaitlərin konkret hansı sahələrə yönəldiləcəyi barədə əlavə detallara yer verilməyib.
Afaq,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ