Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, məşhur Ayrılıq mahnısının yaranma səbəbi barədə Türkiyəli bloqer sosial şəbəkədə açıqlama verib.
Onun sözlərinə görə, “Ayrılıq” sadəcə sevgi və şəxsi ayrılıqdan bəhs edən mahnı deyil, Azərbaycan xalqının tarixi faciəsinə həsr olunmuş əsərdir.
Bloqer bildirib ki, bu mahnı Şimal və Cənubi Azərbaycanın parçalanmasına, bölünmüş vətənin ağrısına və ayrılıq acısını yaşayan milyonlarla azərbaycanlının taleyinə ithaf edilib. Onun fikrincə, mahnının sözlərindəki dərin kədər və nisgil məhz bu tarixi reallıqdan qaynaqlanır.
Qeyd edilib ki, “Ayrılıq” illərdir azərbaycanlılar üçün sadə musiqi nümunəsi yox, milli yaddaşı və bölünmüş vətən ağrısını ifadə edən simvol kimi qəbul olunur.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ