Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalanacağı məsələsi son vaxtlar regional gündəmin əsas mövzularından birinə çevrilib. Siyasi ekspertlər və diplomatlar bu xüsusda bir neçə üçüncü ölkənin adını çəkirlər və hər bir variantın özünəməxsus siyasi, diplomatik və geostrateji mənası var. Xüsusilə Türkiyə, Gürcüstan, Qazaxıstan kimi dövlətlərin adlarının hallanması danışıqlar prosesində yeni dinamikanın yarandığını göstərir.
Məsələn, Türkiyənin adı çəkiləndə bu, Ankaranın bölgədə artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir. Gürcüstan uzun illərdir Bakı-İrəvan arasında vasitəçilik etmək istəyən və hər iki tərəflə balanslı münasibətlərə malik dövlətdir. Tbilisinin adının hallanması onun neytral və təhlükəsiz platforma kimi qəbul edilməsindən irəli gəlir. Bəzi politoloqlar Qazaxıstan, Aİ-nin hansısa paytaxtları, hətta BMT platforması kimi variantları da istisna etmirlər.
Hazırkı mərhələdə ortaq məxrəc belədir: imzalanacaq sülh müqaviləsinin yeri həm tərəflərin siyasi iradəsini, həm də regionda yeni güc düzəninin necə formalaşdığını nümayiş etdirəcək.
"Azərbaycanla -Ermənistan arasında sülh müqaviləsi Zəngəzurda sərhəddə bağlansın". Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, yekun sülh müqaviləsinin iki dövlətin sərhəddində bağlanması mümkündür:
"Digər ölkələrdə sülh müqaviləsinin imzalanmasına ehtiyac yoxdur. Ermənistan əvvəllər tələb edirdi ki, sülh müqaviləsi sənədində üçüncü qaranti ölkə olmalıdır. Artıq sülh mətnin paraflanmasında ABŞ iştirak edib. Hazırda rəsmi İrəvan bu tələbi geri götürüb. Ən yaxşı halda sülh müqaviləsi Zəngəzur da bağlansın. Zəngəzur dəhlizi iki ölkə arasında sülh dəhlizidir. İki ölkə rəsmilərinin və liderlərinin sərhəddə görüş təcrübəsi var".
Xalidə Gəray
Musavat.com
13 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ