İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu iddia YALAN ÇIXDI: Peskovdan Türkiyənin S-400-ləri ilə bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Aşqabadda keçirilən görüşdə S-400 zenit raket kompleksləri mövzusu müzakirə olunmayıb.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlayıb.

Peskov qeyd edib ki, "bu mövzu gündəlikdə deyildi" və bu, "Bloomberg"in yaydığı məlumatla üst-üstə düşmür.

Agentliyin xəbərində iddia olunur ki, Ərdoğan son görüşdə Türkiyənin S-400-ləri geri qaytarmaq istədiyini Putinə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR