Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov vilayətində Rusiya ordusunun idarəolunan aviasiya bombası ilə həyata keçirdiyi hücumun dəhşətli anları kameraya düşüb.
Musavat.com xəbər verir ki, partlayış qaraj kooperativinə düşdüyü anda yaxınlıqda olan bir kişi möcüzə nəticəsində sağ qalıb.
Kadrlarda bombanın düşdüyü an ərazidə güclü partlayış, toz və dağıntıların yaranması əks olunur. Yalnız bir neçə metr aralıda dayanan kişi xəsarət almadan hadisə yerindən uzaqlaşa bilib.
Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində bir neçə avtomobil və tikili tamamilə dağılıb, lakin xeyli sayda insan vaxtında sığınacağa keçdiyi üçün itkilərin qarşısı alınıb.
Ukrayna hərbi rəhbərliyi hadisəni “möcüzəvi xilasetmə” adlandırıb və bunun sadəcə saniyələr fərqi ilə faciəyə çevrilə biləcəyini bildirib.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ